Xəbərlər

Moskva Ticarət Mərkəzi bu gün

Bu gün Moskva Ticarət Mərkəzi dirçəliş dövrünü yaşayır. Binada gedən təmir işləri başa çatmaq üzrədir.

Yenilənmiş Ticarət Mərkəzi keyfiyyət baxımından Bakının ən yeni ticarət mərkəzlərindən heç də geri qalmır. Müasir liftlər, eskalatorlar, güzgülü, şüşəli bölmələr, işıqlı tavan, ən yeni model kondisionerlər və yenilənmiş yanğınsöndürmə sistemləri bu mərkəzi həm işçilər, həm də alıcılar üçün çox rahat və əlverişli edib.

Döşəmələr yeni, zövq oxşayan yüksək keyfiyyətli materiallarla – keramoqranitlə əvəz olunub. Yenilənmiş şüşə arakəsmələr, giriş qapıları, müasir vitrinlər öz gözəlliyi ilə hər kəsi heyran edir.

Qeyd etmək lazımdır ki, hələ 1978-ci ildə özünəməxsus memarlıq üslubu ilə seçilən bu tarixi binanın tikintisində ən keyfiyyətli materiallardan istifadə edilmiş, hətta tavanlar üçün odadavamlı, yanmayan materiallar Rusiyadan gətirilmişdi.

Hazırda binanın memarlıq üslubu saxlanılmaqla, daxilində tam bərpa işləri aparılır, beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunmaqla əsaslı təmir edilir. 6 mərtəbədən ibarət binanın alt (-1), birinci və ikinci mərtəbələrindəki pərakəndə satış məkanları tam yenilənərək istifadəyə verilib. Hazırda 3-cü mərtəbədə təmir işləri aparılır. Yaxın günlərdə 3-cü mərtəbə də qapılarını alıcıların üzünə açacaq.

Yeni görkəmi ilə hər kəsi heyran edən Moskva Ticarət Mərkəzi yolunuzu gözləyir.

Moskva Ticarət Mərkəzi bu gün

İcarə üçün müraciət edin