Tariximiz

Ticarət mərkəzinin açılışı zamanı, ölkəmizin ümummilli lideri Heydər Əliyev univermağın ticarət salonları ilə tanış olmuş, satıcılara lazimi tövsiyyələr vermişdir

“Moskva” Univermağı kimi tanınan bu ticarət mərkəzi açılan gündən - 1978-ci il dekabrın 31-dən paytaxt sakinlərinin və şəhərin qonaqlarının sevimli məkanına çevrilib.

Univermaq köhnə “xruşşovka” binaların əhatəsində yerləşirdi. “Mikrorayon dairəsi” adlanan yerə yaxın olan univermağa şəhərin müxtəlif yerlərindən insanlar axışıb gəlirdi. Onları buraya  artıq bizim üçün xatirəyə dönmüş tramvaylar  daşıyır, marşrut avtobusları gətirirdi.

O vaxt dəbdəbəli, eskalatorlu, çoxmərtəbəli “mall”lar yox idi, Bakının mərkəzində iki böyük univermaq fəaliyyət göstərirdi. Şəhərdən bir qədər kənarda – mikrorayonların ərazisində tikilmiş bu univermaq o vaxt üçün çox əlamətdar hadisə oldu. Açılışına Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev gəlmişdi. Univermağın çoxsaylı şöbələrində müxtəlif alıcı qruplarının ehtiyaclarını ödəmək qabiliyyətində olan geniş çeşiddə məhsullar təqdim edilirdi. Ümummilli lideri Univermağın direktoru Elmira xanım Mədətova qarşılamış, Univermaq haqqında geniş məlumat vermişdi. Heydər Əliyev yuxarı mərtəbələrə qədər qalxmış, şöbələrdə satılan mallarla maraqlanmışdı. Bu böyük insanın xeyir-duası ilə açılan Univermaq bu günə qədər böyük bir inkişaf yolu keçib.

Yaşlı nəslin xatirindədir, açılışdan sonra ora o qədər insan axışıb gəlmişdi ki... Deyilənlərə görə, binanın qarşısında böyük bir izdiham yaranmışdı, insanlar pilləkənlərin qarşısında növbə gözləyir,  hissə-hissə içəri buraxılırdılar. Bu izdiham düz 3 gün davam etmişdi.

Moskva Ticarət Mərkəzi  indi də kənardan “qarışqa yuvası”nı xatırladır. Binanın içi də, həyəti də daim insanlarla doludur. Onlar hər yerdən bura axışıb gəlir, alış-veriş edirlər.

Bu gün Moskva Ticarət Mərkəzi öz alıcılarına yüksək keyfiyyətli yerli məhsullardan tutmuş ən elit beynəlxalq zərgərlik evlərinin eksklüziv bahalı modellərinə qədər müxtəlif çeşidli zərgərlik əşyaları təqdim edir.

Geridə qoyduğu 43 illik fasiləsiz xidmət isə YÜKSƏK KEYFİYYƏTin və ETİBARın ən parlaq göstəricisidir.

İcarə üçün müraciət edin