Xəbərlər

Moskva Ticarət Mərkəzində dezinfeksiya tədbirləri müntəzəm olaraq həyata keçirilir

Son vaxtlar ölkə əhalisi arasında COVİD-19 infeksiyasına yoluxanların ümumi sayında kəskin artım, həmçinin, ölüm hallarının artması, xəstələrin sağalma dinamikası ümumilikdə sanitar-epidemioloji tədbirlərin genişləndirilməsini zəruri edib.

Əhalinin sağlamlığının qorunması məqsədilə Moskva Ticarət Mərkəzinin bütün ərazisində zəruri və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir. Burada işləyən insanların və alış-verişə gələn alıcıların sağlamlığının qorunması məqsədilə mərkəzin bütün mərtəbələri, satış bölmələri, ofislər, binanın həyəti, mərkəzin giriş hissəsi, həmçinin, ayrı-ayrı mağazaları, parklanma yerləri xüsusi texnikaların köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulur, dezinfeksiyaedici maddələrlə sanitar-gigiyenik işlər aparılır. Geniş dezinfeksiya işləri müntəzəm olaraq həftədə bir dəfə (həftənin şənbə günləri) aparılır.

Gündəlik dezinfeksiyalar işçilərin özləri tərəfindən aparılır. Satış bölmələrində, ofislərdə hər kəs öz ərazisini xlorla təmizləyir. Bütün işçilərin covid pasportu var. Bir qayda olaraq, həm işçilər, həm alıcılar tibbi maskadan istifadə edir. Maskadan və spirtdən istifadə haqqında gün ərzində 10-15 dəfə radio qovşağı vasitəsilə xatırlatmalar edilir.

Senyabrın 1-dən etibarən Mərkəzin girişində içəri daxil olan insanların covid pasportu yoxlanılır.

Moskva Ticarət Mərkəzində dezinfeksiya tədbirləri müntəzəm olaraq həyata keçirilir

İcarə üçün müraciət edin